Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəbliləri üçün “Memorial Soyqırımı Muzeyi”nə ekskursiya təşkil olundu

20 fevral 2016 | 11:00
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 29 yanvar 2016-cı il tarixli 07 saylı Sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın icrası ilə bağlı yeniyetmə və gənclərin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə hörmət ruhunda tərbiyə olunması və gələcək nəsillərin qan yaddaşının möhkəmləndirilməsi məqsədilə 19 fevral 2016-cı il tarixində Pirallahı rayonunun 168 və 243 nömrəli tam orta məktəblərin şagirdlərinin “Memorial Soyqırımı Muzeyin” ziyarəti təşkil edildi.
     Qeyd edək ki, muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kv.m sahədə yerləşib. Muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci ilin fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində yerləşən "Ana harayı" abidəsinə keçirilmiş yürüşünün iri həcmli fotoşəkli yerləşdirilib.
     Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Muzeydə həmçinin qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də nümayiş etdirilir. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb.
     Muzeyin əməkdaşı tərəfindən muzey barədə məktəblilərə ətraflı məlumat verildi. Sonda şagirdlər muzeyin akt zalında Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsgərlərlə görüşündən və milli qəhrəman Mübariz İbrahimovdan bəhs edən videoçarxa baxdılar.
Keçidlər