Məqsəd Pirallahını böyük zirvələrə çatan ölkənin ən cazibədar guşələrindən birinə çevirməkdən ibarətdir
22 fevral 2016 | 11:00
Pirallahı rayonunda hesabat yığıncağı keçirilmişdir
Son üç ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahı rayonu artıq tərəqqi və inkişaf yolu ilə inamla irəliləyir. Ötən il ərzində qazanılan uğurlar 22 fevral tarixində Rayon İcra Hakimiyyətində keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha geniş müzakirə obyektinə çevrildi. Hesabat yığıncağını giriş sözü ilə Pirallahı RİH Başçısı Vasif İmanov açaraq bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və yanvarın 18-də dövlət başçısının yanında təşkil edilmiş iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə ölkə rəhbəri tərəfindən yola saldığımız ildə Azərbaycanın uğurla inkişaf etdiyini, qarşıda duran vəzifələrin müvəffəqiyyətlə icra olunduğunun qeyd edildiyini bildirdi.
V. İmanov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl, xalqın maraq və mənafelərini əsas götürən siyasətin nəticəsi olaraq Pirallahı rayonunun da həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında yola saldığımız il ərzində uğurlu nəticələrin qeydə alındığını diqqətə çatdırdı. Möhtərəm Prezident İlham Əliyev cənablarının Sərəncamı ilə yaradılmış Pirallahı rayonunun, Respublikamızın digər regionları kimi, günü-gündən abadlaşdığını və inkişaf etdiyini vurğulayan, rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verən V.İmanov yığıncaq iştirakçılarını 2015-ci il ərzində görülən işlər haqqında İcra Hakimiyyəti Başçısının hesabatını əks etdirən video-çarxa baxmağa dəvət etdi.
Video-çarxda ilk olaraq Dövlət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələr işıqlandırıldı. Bildirildi ki, Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən reallaşan “Yüksək Texnologiyalar Parkı” layihəsi üzrə inşaat işlərinə start verilmiş, ilk mərhələdə təsərrüfat məqsədilə istifadə olunacaq sərgi salonunun tikintisi başa çatdırılmış, ərazi abadlaşdırılmışdır. Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək körpünün tikintisində son tamamlama işləri aparılır, 600 m-lik yanaşma yollarının tikintisinə və sahilbərkitmə işlərinə başlanılıb.
Respublikamızın digər regionları kimi günü-gündən abadlaşan və inkişaf edən Pirallahı rayonunda Polis Şöbəsinin yeni inzibati binası, 168 №-li tam orta məktəbin 300 şagird yerlik yeni korpusu, “Azərişıq” ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin İnzibati binası, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyası, Çörək Kombinatı inşa edilmiş, EATS-57-nin və 77 saylı Poçtun binası əsaslı təmir olunmuş, Pirallahı RİH-in inzibati binasının, Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni inzibati binanın, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının, yeni yaşayış massivində - “Abad Məhəllə-1”də inşa olunan 48 mənzilli ilk binanın tikintisi davam etdirilmişdir. Dövlət Proqramına əsasən “Azərsu” ASC tərəfindən çəkilən Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası, ümumi tutumu 300 min ton olan 24 çən quraşdırılmış “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi uğurla davam etdirilir. Rayon mərkəzində 23 hündürmərtəbəli yaşayış binasının, onlarla birmərtəbəli yaşayış evinin və 20-yə yaxın qeyri-yaşayış obyektinin əsaslı təmir işləri tamamlanıb, ümumilikdə 4400 m² ərazidə asfaltlama işlərinə başlanmışdır. Bütövlükdə Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1200 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. Ümumilikdə il boyu Pirallahı rayonu ərazisində16500-dən çox ağac əkilmişdir.
İl ərzində rayon üzrə neft hasilatı 6 mln 7 min 444 ton, qaz hasilatı isə 5 mlrd 480 mln 895 min m3 təşkil etmişdir. 20 sentyabr - Neftçilər günü ərəfəsində Prezident İlham Əliyev cənablarının sərəncamı ilə rayon neftçilərindən “28 May” NQÇİ-nın baş mühəndisi Qabil Qənbərov “Şöhrət” ordeni, “Abşeronneft” NQÇİ-nin baş geoloqu Fazil İbrahimov “Tərəqqi” medalı ilə təltif edilmişlər. Daha 5 neftçinin əməyi ARDNŞ-nin Fəxri fərmanlarına layiq görülmüşdür. ARDNŞ Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin dəstə rəisi Babək Günəşovun əməyi də ARDNŞ-nin Fəxri fərmanı ilə qiymətləndirilmişdir.
“Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən Birinci Avropa Oyunlarının məşəli iyun ayının 6-da Pirallahı rayonuna - əfsanəvi Neft Daşlarına gətirilmişdir. Hesabat dövründə İcra Hakimiyyəti və digər rayon təşkilatları tərəfindən iki yüzdən çox tədbir həyata keçirilmiş, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliği, ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı açıq dərslərin keçirilməsi, Ulu Öndərin azərbaycançılıq məfkurəsinin təşviqi, böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, tarixi və əlamətdar günlərin qeyd olunması məsələləri gündəlik fəaliyyətin əsas istiqamətlərini təşkil etmişdir.
V.İmanov sonda qeyd etmişdir ki, 2016-cı ildə Pirallahı rayonunun inkişafına da xüsusi diqqət ayrılmışdır. Prezident İlham Əliyevin imzaladığı “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində məktəb və bağçaların təmiri və tikintisi, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi və s. nəzərdə tutulmuşdur.
Hesabat ətrafında çıxış edən "28 May" NQÇİ-nin rəisi Rövşən Qarayev, RİHB Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ramiz Verdiyev, sahibkar Vüqar Heydərov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar. Zalda quraşdırılmış səyyar mikrofon önünə yaxınlaşan sakinlərin rayon rəhbərliyinə sualları və müraciətləri ətraflı cavablandırıldı. Milli məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev cənab Prezidentin rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı bəhs etmiş, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndirmişlər.
Daha sonra Şura iclasının qərar layihəsi diqqətə çatdırıldı və səsverməyə çıxarılaraq yekdilliklə qəbul edildi. Ötən il ərzində rayonun sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş bir qrup sakinin Pirallahı rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunması mərasimi keçirildi. Hesabat yığıncağı iştirakçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
Pirallahıda 2015-ci il ərzində görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, rayon zəhmətkeşləri 2016-cı ili də yüksək göstəricilərlə başa vuracaqlar. Prezident İlham Əliyev Tovuz rayonunun ictimaiyyəti ilə görüşdə vurğulamışdır ki, "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, düşünülmüş iqtisadi siyasət və dərinləşən islahatlar, əminəm, imkan verəcək ki, biz bu ili də uğurla başa vuraq." Beləliklə, möhtərəm Prezident özünün proqram xarakterli çıxışları ilə qarşımızda yeni vəzifələr qoymuşdur. Bizim məqsədimiz isə ölkə başçısının göstərişlərini fəaliyyət proqramı kimi qəbul edərək Pirallahı rayonunu böyük zirvələrə çatan ölkənin ən cazibədar guşəsinə, Bakı şəhəri üzrə ən qabaqcıl rayonlardan birinə çevirməkdən ibarətdir.