Pirallahı rayonunda Beynəlxalq Ana dili günü qeyd olundu
23 fevral 2016 | 11:00
Pirallahı rayonun bütün ümumtəhsil müəssisələrdə 21 Fevral “Beynəlxalq Ana dili günü” münasibətilə silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə RİH-in məsul əməkdaşları, məktəblərin müəllim heyəti, valideynlər və məktəblilər iştirak etmişdilər.
Qeyd edildi ki, 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-i Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-i məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Ana dili günü adlandırılması haqqında YUNESKO-ya müraciət ediblər. YUNESKO-nun Baş Konfransının 30-cu sessiyasında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafına xüsusi diqqət ayırırdı. Bildirildi ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Sonda məktəblilər Ana dilimizə həsr edilmiş bir-birindən maraqlı şeirlər, mahnılar, dahi şəxsiyyətlərin dil haqqında söylədikləri kəlamlar səsləndirmiş, rəqslər və səhnəciklər nümayiş etdirmişlər.