Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda ““Azərbaycan tarixi” dərsləri vətəndaşlıq dərsləridir” mövzusunda tədbir keçirildi

24 fevral 2016 | 11:00
     Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.10.2015-ci il tarixli 1010 nömrəli əmri ilə təsdiq edilmiş Fəaliyyət planına əsasən respublikamızın ümumtəhsil müəssisələrinin şagirdləri üçün milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi istiqamətində onların iştirakı ilə ““Azərbaycan tarixi” dərsləri vətəndaşlıq dərsləridir” mövzusunda tədbirlər keçirilir.
    Növbəti tədbir 23 fevral 2016-cı il tarixdə Pirallahı qəsəbəsində yerləşən 243 nömrəli tam orta məktəbdə təşkil olunmuşdur. Tədbirdə RİH-in məsul əməkdaşları, müəllim heyəti və məktəblilər iştirak etmişlər.
    Tədbirdə şagirdlərin layiqli vətəndaş kimi yetişməsində Azərbaycan tarixinin dərindən öyrənilməsinin vacibliyi vurğulandı. Çıxış edənlər Azərbaycan tarixində qürurverici, eyni zamanda örnək götürüləcək məqamların şagirdlərə düzgün çatdırılmalı olduğunu bildirdilər. Diqqətə çatdırıldı ki, bu işdə tarix müəllimlərinin üzərinə böyük vəzifələr düşür.
    Qeyd edək ki, orta məktəblərdə vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlər silsilə xarakter daşıyır.
Keçidlər