5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür
05 mart 2016 | 11:00
Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb və beynəlxalq idman ailəsində layiqli yerini tutub. İdmanda əldə olunan uğurların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider ölkəmizdə sağlam gənc nəslin yetişməsində idmanın rolunu həmişə yüksək qiymətləndirib. Bu siyasət dövlət başçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmalarına gətirib çıxarır. “Bakı-2015” ilk Avropa oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi və burada idmançılarımızın qazandıqları uğurlar buna əyani sübutdur.
Ölkə rəhbərliyi tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsi olaraq idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə Pirallahı rayonunda müvafiq tədbirlər görülür. Rayon İcra Hakimiyyəti tərəfindən rayonda gənclər siyasəti və idmanın inkişafı istiqamətində mütəmadi olaraq maarifləndirici işlər aparılır. Belə ki, bu gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, vətənə sevgi, zərərli vərdişlərdən yayınma, gənclərə sağlam həyat tərzinin aşılanması və istedadlı gənclərin aşkar olunmasına şərait yaradır. İdman sahəsində müxtəlif idman yarışları və turnirlər keçirməklə rayonda həm idmanın inkişafı həm də kütləviliyinin artırılması sahəsində tədbirlər həyata keçirilir. Pirallahı rayonunda müxtəlif idman bölmələri fəaliyyət göstərir ki, burada respublika və dünya səviyyəli idmançılar yetişir. Bunlardan Vüsal Rzayevi, Asiman Namazovu, İslam Əliyevi, Rüstəm Yusifovu, Mərdan Vəliyevi və s. onlarla idmançılarımızı misal göstərmək olar.
Qeyd etmək lazımdır ki, Avropa çempionu Mərdan Vəliyev 2015-ci ildə Dünya çempionu adına layiq görülmüşdür.
Ümumiyyətlə sağlam Azərbaycan gəncliyinin formalaşmasına istiqamətlənən tədbirlər, eyni zamanda, milli genefondumuzun qorunmasına da xidmət edir.