Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahının siması günbəgün yenilənir

10 mart 2016 | 11:00
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhəri və onun ətraf qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün verdiyi tapşırıqlar, imzaladığı sərəncamlar, bu tədbirlərin icrasına ayırdığı diqqət, hər yerdə olduğu kimi, Pirallahı rayonunda da öz müsbət nəticələrini verməkdədir. Aparılan tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alaraq, rayonun simasını xeyli dəyişdirib. Hal-hazırda Pirallahı rayonu ən çox abadlıq-bərpa, tikinti-quruculuq işlərinin aparıldığı rayonlardan biridir.
       Rayonda su və kanalizasiya xətlərinin yenilənməsi işi yekunlaşdıqdan sonra qəsəbədaxili küçələrə asfalt örtüklərin salınması işlərinə start verilib və bu işlərin  K.Rzayev, Fioletov, Xanlar, Əzizbəyov, S.Vurğun, S.Bağırov, C.Cabbarlı küçələrində və 28-ci, 40-cı, 39-cu məhəllələrdə aparılması nəzərdə tutulub. Ümumilikdə, qəsəbənin daxili yollarında 25 km uzunluğunda asfalt vurulması planlaşdırılır. Hal-hazırda işlər qəsəbənin Əzizbəyov küçəsində aparılır. Təmir olunmuş binaların ətrafında və 28-ci məhəllədəki dairənin yanında ümumilikdə 4400 m² ərazidə asfaltlama işləri artıq tamamlanıb.
     Pirallahı qəsəbəsində mərkəzi küçə boyunca yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. Səməd Vurğun küçəsinin sonunda yolun genişləndirilməsi ilə əlaqədar cari təmir işləri aparılır. S.Vurğun küçəsinin 29-cu məhəllə ilə kəsişən hissəsində mişar daşı ilə ümumi uzunluğu 150 m-dək olan yeni dekorativ hasar inşa edilmişdir. Səməd Vurğun küçəsinin Gənclər parkı ilə üzbəüz hissəsində mişar daşı ilə ümumi uzunluğu 140 m uzunluğundakı hasarın inşası davam etdirilir.
     Mərkəzi küçə boyu səkilərə daş örtüklərinin vurulması, yaşayış binaların fasadların müasir və klassik memarlıq üslubunda üzlənməsi, yolboyu yöndəmsiz obyektlərin səliqəyə salınması prosesi davam etdirilir. Qeyd edək ki, fasad hissələri təmir olunan 24 yaşayış binasından 23-də işlər tamamlanıb. 28-ci məhəllədə yerləşən 2  nömrəli binada təmir işləri davam etdirilir.
Keçidlər