Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər üçün növbəti maarifləndirici tədbir keçirildi

12 mart 2016 | 11:00
    Pirallahı rayonunun ümumtəhsil müəssisələrində narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
11 mart 2016-cı il tarixdə Gürgən qəsəbəsində yerləşən 231 N-li  tam  orta  məktəbin akt zalında “narkomaniya yox deyək”  mövzusunda tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin və Rayon Polis şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, müəllim heyəti və şagirdlər iştirak etdilər.
    Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd Mikayılov öz çıxışında tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Bildirdi ki,  1996-cı ildə Ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Bu gün Ulu öndər Heydər Əliyev kursunu onun  layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezident narkomaniya ilə mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə sayca dördüncü olan müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etdi.
     Pirallahı Rayon İcra  Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Samir Hüseynov, Pirallahı Rayon İcra  Hakimiyyətinin  yetkinlik  yaşına  çatmayanlarla  iş  üzrə  məsul katibi  Namiq  Hüseynov, 10 sayı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimin müavini Kəmalə Cavadova məktəblilərə narkotiklərin zərərləri haqqında ətraflı məlumat verdilər. Diqqətə çatdırıldı ki, Azərbaycan dövləti narkomaniyaya qarşı  ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görülür. Qeyd edildi ki, narkomaniya ilə mübarizədə bütünlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən məsuliyyətdir.
     Tədbirin sonunda məktəbliləri mövzuya dair maraqlandıran suallar cavablandırıldı.
Keçidlər