Şriftin ölçüsü :

Saytın rəngi :

Rusların ənənəvi “Maslenitsa” bayramı Pirallahı rayonunda qeyd edildi

12 mart 2016 | 11:00
    Martın 11-də Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə  Rayonun Rus İcması ənənəvi “Maslenitsa” bayramını qeyd etdi.
    Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsal Babayev bildirdi ki, Dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Azərbaycan bir çox millətlərin və dini icmaların dinc yanaşı yaşamasının bariz nümunəsidir. Respublikamızda millətlərarası münasibətlərin, tolerantlığın, multikulturalizmin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda da inkişaf etdirilməkdədir. Belə ki, ölkəmizdə  Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimlənir və hər bir insanın dini etiqad azadlığı təmin olunur.  Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Tarixən Azərbaycanda formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyələndirən gözəl bir ənənəyə çevrilmişdir
    Pirallahı rayon Rus İcmasının rəhbəri Yelena Aşurova çıxışında qeyd etdi ki, “Maslenitsa” bayramı slavyan xalqları arasında hər il 3-9 mart tarixləri arasında qeyd edilir. “Maslenitsa”  bayramı Novruz bayramı ilə oxşarlıq təşkil edir. Yelena Aşurova qeyd etdi ki, tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şərait yaradılmışdır. Azərbaycanlılarla bərabər ruslar da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak edirlər. Daim beynəlmiləl tərkibi, etnik zənginliyi ilə seçilən Pirallahı rayonunda tolerantlıq münasibətləri yüksək səviyyədə qurulmuşdur.
Yelena Aşurova  Pirallahı rayonunda yaşayan qeyri millətlərin, o cümlədən rusların hər cür qayğı ilə əhatə olunduğunu vurğuladı və  onlara göstərilən diqqət və qayğıya görə rus icması üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
         Ənənəvi bayram tədbiri rəngarəng rus musiqiləri ilə davam etdirildi.
Keçidlər