Pirallahı məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi altında Naxçıvana ekskursiya turu təşkil olundu
16 mart 2016 | 11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar keçirilir.
16 mart 2016-cı il tarixdə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin 14 nəfər əlaçı şagirdi üçün Naxçıvan Muxtar Respublikasına ekskursiya turu təşkil olunmuşdur.
Yolasalma mərasimində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxışında tədbir iştirakçılarını salamlayaraq, dövlət başçısının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur aksiyanın mahiyyəti haqqında danışdı və bildirdi ki, layihə məktəblilərin dünya görüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verəcəkdir.
Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər də ölkə başçısının və Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər və gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar.
“Ölkəmizi tanıyaq” aksiya çərçivəsində I tur 16-19 mart 2016-cı il, II tur 24-27 mart 2016-cı il tarixlərini əhatə edir. Məktəblilər bu müddətdə Naxçıvan MR-nın qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlar.
Qeyd edək ki, “Ölkəmizi tanıyaq” tur aksiyalarının əsas məqsədi ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsidir və bu məqsədlə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətləri təşkil olunur.