Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon Polis Şöbəsində qanvermə aksiyası keçirildi

17 mart 2016 | 11:00
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq hemofiliya və talassemiyalı xəstələri qanla təmin etmək üçün respublikada mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. 17 mart 2016-cı il tarixdə Pirallahı Rayon Polis şöbəsində təşkil olunan növbəti aksiyada RPŞ-nin əməkdaşları iştirak etdilər.
     Qeyd edək ki, həkim nəzarətindən keçirilən donorların çəkisi 50 kq-dan az olmamalı, qan verdiyi cari il ərzində əməliyyat edilməməli və qanla keçə biləcək hər hansı bir xəstəliyin daşıyıcısı olmamalıdır. Keçirilən aksiya çərçivəsində donorlar əvvəlcə həkim nəzarətindən keçirildi, daha sonra isə qan verdilər.
     Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirdilər. Onlar belə aksiyaların keçirilməsini yüksək qiymətləndirərək, digər şəxsləri də qanvermədə iştirak etməyə səslədilər.
     Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Qeyd edək ki, hazırda Pirallahı rayonunda 90 nəfərdən çox insan qan və qanyaradıcı orqanların xəstəliklərindən əziyyət çəkir.
Keçidlər