Qədim Pirallahıda Novruz bayramı milli ruhda qeyd edildi
18 mart 2016 | 11:00
Bayram tədbirinin multikulturalizm ilinə önəmli töhfə olduğu vurğulandı
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün böyük uzaqgörənliklə müəyyən etdiyi inkişaf strategiyası bu gün həyatımızın bütün sahələrində özünün müsbət nəticələrini verməkdədir. Ölkəmiz sürətlə inkişaf edir, regionun lider dövləti olan Azərbaycan yenilənir, müasirləşir və modernləşir. Azərbaycanın iqtisadiyyatından tutmuş hərb sahəsinədək həyatımızın bütün sferalarında sürətli inkişaf, böyük tərəqqi əldə edilmişdir. Özünün şah əsəri olan müstəqil Azərbaycanın çiçəklənən bir diyara çevrilməsi, sürətli inkişaf strategiyasının reallaşdırılması istiqamətində əhəmiyyətli addımlar atmış ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir. Paytaxtımız Bakının, onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı da ölkə başçısının daim diqqətində olan məsələlərdəndir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonu üzrə nəzərdə tutulan işlərin, eləcə də digər sosial yönümlü proqram və layihələrin icrasının ölkəmizin inkişafında əsas rol oynadığını bir çox çıxışlarında xüsusi olaraq qeyd etmişdir. Bu konteksdən yanaşdıqda Pirallahı rayonunda son üç ildə icra edilən Dövlət Proqramları çərçivəsində reallaşdırılan layihələr xüsusi əhəmiyyətə malikdir. Bu günlər Pirallahı rayonunun bütün ərazisi yenidənqurma və abadlıq işləri ilə əhatə olunmuşdur. Əlamətdar haldır ki, bu il Pirallahı rayonunda Novruz bayramı artıq dördüncü dəfə qeyd edilir. Hələ bayram ərəfəsində Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq mart ayının 1-dən etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunmuşdur. Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmişdir. Novruz bayramı münasibətilə aztəminatlı sakinlərə, məcburi köçkünlərə, ümumilikdə yüzə yaxın ailəyə bayram sovqatı çatdırılmışdır.
Əziz bayramın təntənəli və yaddaqalan olması məqsədilə istirahət parklarında, mərkəzi küçələrdə göz oxşayan tərtibat işləri aparılmış, rayonun mədəniyyət evlərində, digər incəsənət ocaqlarında bayram tamaşaları hazırlanmışdır. Pirallahı rayonunun bütün ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində, 14 saylı uşaq musiqi məktəbində baharın gəlişinə həsr olunmuş tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə Novruz bayramını tərənnüm edən stendlər nümayiş olunmuş, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edilmişdir. Hazırlanmış Novruz səhnəcikləri, səsləndirilən milli inamlar, söylənilən bayatılar, cavablandırılan Novruz tapmacaları tamaşaçılarda xoş bayram ovqatı yaratmışdır.
Pirallahı rayonunda ulu Novruza həsr olunmuş silsilə tədbirlərin kulminasiyası olan ümumrayon Bahar bayramına martın 18-də Gənclər Parkında start verildi. Günorta saatlarından etibarən üçrəngli bayraqlarla, eləcə də mavi, qırmızı və yaşıl lentlərlə bəzədilmiş mərkəzi küçə boyu hərəkət edən milli geyimli atlılar sakinləri bayram tədbirinə dəvət etdilər. Bayramsayağı bəzədilmiş Gənclər Parkına daxil olan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, millət vəkilləri Aydın Mirzəzadə, Rauf Əliyev və Hikmət Babaoğlunu, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevi və digər qonaqları Bahar qızı bayram xonçası ilə qarşıladı. İlk olaraq qonaqlar Pirallahının dünənini və bu gününü əks etdirən foto-stenlə tanış oldular. Kosa və Keçəl, milli geyimli çaparlar, zurnaçılar dəstəsi bayram tədbirinə xüsusi rövnəq verirdi. Milli paltarda olan oğlan və qızlar qonaqlara müxtəlif idman növlərinə aid nümunəvi çıxışlar nümayiş etdirdilər. Bir-birinin ardınca meydana daxil olan güləşçilər, karateçilər, samboçular, Kempo-karate ustaları öz məharətlərini göstərdilər. Qol güləşdirənlərin və kəndir dartanların yarışı da maraqla qarşılandı. “Neftçi” İSM-in Pirallahı stadionunun, Pirallahı idman zalının, orta məktəblərin təmsilçiləri yarışlarda daha çox fərqləndilər...
Meydanın digər tərəfində isə kimi səməni halvası çalır, sacda yuxa, şəkərbura, paxlava bişirir, kimi də aş süzür, cəhrədə ip əyirir, xına yaxırdı. Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, mədəniyyət ocaqları öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgilər düzənləmişdilər. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı. Qədim kilimarası oyunu daha böyük marağa səbəb olurdu. Rəssamlıq dərnəyinin üzvləri 10 molbert üzərində Novruz mövzusunda improvizasiya bacarıqlarını nümayiş etdirirdilər...
Qonaqları hörmətlə qarşılayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim etdi və Rayon İcra Hakimiyyətinin Başçısı bayram tonqalını alovlandırdı. Pirallahı sakinlərini və qonaqları milli bayram münasibətilə ürəkdən təbrik edən V.İmanov qədim və ulu Novruz haqqında geniş məlumat verdi, əski zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladı, Novruz adətləri barədə danışdı. Bildirildi ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanması üçün böyük işlər görmüşdü. Ulu Öndər hər il Novruz bayramını xalqla birlikdə keçirər, qədim adətlərimizi gözəl bildiyini nümayiş etdirərdi.
Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev ulu Novruzun ölkəmizdə yüksək səviyyədə qeyd olunması üçün vətəndaşlarımıza hər cür şərait yaratmışdır, hər il cənab Prezident soydaşlarımızı əziz bayram münasibətilə təbrik edir. Ulu babalarımızdan bizə ərməğan olan Novruz bayramının dirçəldilməsində, layiqli səviyyədə qeyd edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olmuşdur. Təsadüfi deyil ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Daim beynəlmiləl tərkibi, etnik zənginliyi ilə seçilən Pirallahı rayonunda Novruz bayramının yüksək səviyyədə keçirilməsi Prezident İlham Əliyev tərəfindən elan edilmiş multikulturalizm ilinə önəmli töhfə olduğu vurğulandı.
Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər və digər bu kateqoriyadan olan insanların da qayğı ilə əhatə olunduğunu, bir çox ailələrə bayram sovqatı təqdim edildiyini, bu günkü bayram tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən Vasif müəllim bundan sonra da əlbir işləməklə cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin, xüsusən Pirallahının abad, inkişaf etmiş bir rayona çevrilməsi tapşırığının birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə etdi, Pirallahı sakinlərini əziz Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edərək, rayon zəhmətkeşlərinə yeni-yeni uğurlar arzuladı.
Daha sonra rayonun sosial-iqtisadi, mədəni inkişafında və ictimai-siyasi həyatında fərqlənmiş bir qrup əmək qabaqcılına, eləcə də milli bayrağımızı beynəlxalq yarışlarda dalğalandırmış idmançılara Pirallahı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edildi. Minlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin, hərbi orkestrin, o cümlədən Elşad Qarayev, Dəniz Qocayeva və digər tanınmış ifaçıların iştirak etdiyi konsert proqramı və xalq gəzintisi ilə axşamdan xeyli keçənədək davam etdi, qədim yallı rəqsi və bayram atəşfəşanlığı ilə yekunlaşdı. Rəngarəng Novruz bayramı tədbirləri Gürgən qəsəbəsində, Çilov adası və Neft Daşlarında da yüksək səviyyədə təşkil edilmişdi.