Pirallahı rayonunda tibbi müayinə uğurla davam etdirilir
19 mart 2016 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da uğurla icra olunur. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 08 fevral 2016-cı il tarixli 14 saylı sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayinədən keçmə qrafiki tərtib olunmuşdur.
Pirallahı rayonunda vətəndaşların tibbi müayinədən keçirilməsi məqsədilə rayonun bütün qəsəbələri üzrə xüsusi qrafik tərtib olunmuş və bu qrafikə əsasən rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda çalışan işçilər və rayon sakinləri müayinə prosesinə cəlb olunurlar. Qrafik əsasında 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının, eləcə də Çilov adasında yerləşən 16 saylı Birləşmiş Şəhər Xəstəxanasının və Neft Daşlarında yerləşən tibb məntəqəsinin tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 15-dən əhalinin tibbi müayinəsinə başlamışdır. Qeyd edək ki, xəstəxanaya gələ bilməyən yaşlı insanlara, əlillərə evlərdə tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov bildirdi ki, 18 mart tarixinə olan məlumata əsasən Pirallahı rayonunun 20047 nəfər əhalisindən 4170 nəfəri tibbi müayinədən keçib. Xəstəlik aşkarlanmış 314 nəfər ambulator müalicəyə qəbul olunmuşdur, 66 nəfər stasionara yerləşdirilmişlər, 77 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Pirallahı qəsəbə sakini Murad Babayev, Rafiq Əliyev, Çilov qəsəbə sakini Vüsal Kərimov və başqaları onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicə olunması məqsədi daşıyan bu humanist aksiyanı yüksək qiymətləndirir və dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Xatırladaq ki, əhalinin tibbi müayinədən keçirilməsi may ayının 2-dək davam etdiriləcək.