Pirallahı məktəblilərinin Naxçıvan Muxtar Respublikasına I tur aksiyası başa çatdı
21 mart 2016 | 11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalarda iştirak edən Pirallahı rayonunun məktəbliləri mart ayının 19-da aksiyanı başa vuraraq geri döndülər.
Qeyd edək ki, məktəblilər ilk öncə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan əzəmətli abidəsini ziyarət etdilər. Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış oldular. Məktəblilərinin diqqətinə çatdırıldı ki, bu gün muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
Aksiya zamanı məktəblilər Batabat Dövlət Qoruğu, Batabat Astrofizika Rəsədxanası, Gənclər Mərkəzi, Dövlət Bayrağı Muzeyi, Naxçıvan Dövlət Universiteti, orta məktəblər, Naxçıvan şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və bir sıra tarixi abidələr ilə tanış olublar. İştirakçılar Naxçıvan şəhərinin füsunkar təbiətə malik qədim Ordubad rayonuna da səfər edib, tarixi və görkəmli şəxsiyyətlərin ev-muzeyində olub, onlara aid şəxsi əşyalar və ekspozisiyalarla bağlı məlumatlandırılıblar.
Bakı məktəbliləri Naxçıvan, Ordubad şəhərlərinin, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olub, “Duzdağ” otelində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konsertində iştirak ediblər.
Qeyd edək ki, martın 19-da “Ölkəmizi tanıyaq” tur-aksiyasının birinci mərhələsinin iştirakçılarını Heydər Əliyev Beynəlxalq Aeroportunun gözləmə zalında rayon icra hakimiyyətlərinin əməkdaşları, tədbirin təşkilatçıları, ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Tur-aksiya iştirakçıları Esmira Abbasova və Ceyhun Cahangirov öz adlarından, eləcə də şagird dostları adından onlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə öz minnətdarlıqlarını bildirdilər. Qeyd edildi ki, belə aksiyalar gənc nəslin vətən haqqındakı təsəvvür və təəssüratlarını, biliklərini daha da zənginləşdirir, gənclərə vətəni tanımağa kömək edir, doğma Azərbaycanı sevməyi öyrədir.