Məktəblilərin Naxçıvan Muxtar Respublikasına təşkil olunmuş tur-aksiyasının 2-ci mərhələsi başladı
24 mart 2016 | 11:00
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 24 mart 2016-cı il tarixdə Pirallahı rayon məktəblilərinin 2-ci mərhələdə Naxçıvana “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası çərçivəsində yola salınması mərasimi keçirildi.
Mərasimdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov şagirdlərə turun məqsədi barədə məlumat verdi, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və inkişafı istiqamətində gördüyü işlərdən danışdı, turların təşkilinin bu istiqamətdə görülən işlərin davamı olduğunu vurğuladı.
Qeyd edək ki, təsdiq olunmuş proqrama əsasən Pirallahı rayon yeniyetmələri Naxçıvan şəhərinin görməli yerlərinə gedəcək, Heydər Əliyev Mərkəzində, tarixi abidələrimizdə, tarix-diyarşünaslıq muzeylərində və digər yerlərdə olacaqlar.