Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda yerləşən “N” saylı hərbi hissədə “Açıq qapı” günü keçirildi

22 mart 2016 | 11:00
   Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10.00-da Novruz bayramı münasibətilə Pirallahı rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olundu. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri və Rayonun Ağsaqqallar Şurası da iştirak etdilər.
      Öncə qonaqlar hərbi hissədəki ümummilli lider Heydər Əliyev guşəsinə baxdılar. Tədbiri açan “N” saylı hərbi hissənin komandiri Cəlil Seyfullayev əvvəlcə qonaqları salamladı və sonra bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı. Sonra çıxış üçün söz Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Seymur Yusibova verildi. O, qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və  inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir və qısa dövrdə şanlı inkişaf yolu keçərək, təcavüzkara qarşı layiqli cavab verməyə qadir orduya çevrilib. Elə bir orduya ki, işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad etməyə tam qadirdir. Son vaxtlar Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara qarşı verilən tutarlı cavab, düşmən ordusunun və hərbi texnikasının itkiləri hər bir azərbaycanlıda böyük iftixar hissi doğurur.
    Sonra qonaqlar əsgər yeməkləri, geyimləri, onlara göstərilən tibbi xidmət, yaradılan istirahət şəraiti ilə yaxından tanış oldular. Tədbir bayram konserti ilə davam etdirildi.
Keçidlər