Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasının növbəti mərhələsi başa çatdı

28 mart 2016 | 10:00
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Pirallahı məktəbliləri martın 27-də paytaxta geri dönüblər.
     Naxçıvana səyahət zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, sənədlər, Ümummilli Liderə məxsus geyim və şəxsi əşyalara baxıblar.
      Tur-aksiya iştirakçıları, həmçinin Batabat Dövlət Qoruğu, Batabat Astrofizika Rəsədxanası, Gənclər Mərkəzi, Dövlət Bayrağı Muzeyi, Naxçıvan Dövlət Universiteti, orta məktəblər, Naxçıvan şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və bir sıra tarixi abidələr ilə tanış olublar. İştirakçılar Naxçıvan şəhərinin füsunkar təbiətə malik qədim Ordubad rayonuna da səfər edib, tarixi və görkəmli şəxsiyyətlərin ev-muzeylərində olub, onlara aid şəxsi əşyalar və ekspozisiyalarla bağlı məlumatlandırılıblar.
     Bakı məktəbliləri Naxçıvan, Ordubad şəhərlərinin, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olublar.
      Qeyd edək ki, martın 24-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının ikinci mərhələsinin iştirakçılarını Heydər Əliyev Beynəlxalq Aeroportunun gözləmə zalında rayon icra hakimiyyətlərinin əməkdaşları, tədbirin təşkilatçıları, ictimaiyyətin nümayəndələri qarşılayıblar.
       Aksiya iştirakçıları Fidan Allahverdiyeva və Cəlil Əhmədov gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar və ölkə başçısının onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər.
Keçidlər