Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi

30 mart 2016 | 11:00
      Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə  28 mart 2016-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəisi , polis polkovnik –leytenantı Cümşüd İsmayılov, Pirallahı RİH və Rayon Polis Şöbəsinin əməkdaşları, Respublika Narkoloji Dispanserinin nümayəndələri, rayonun təhsil müəssisələrinin müəllimləri və şagirdləri iştirak etdilər.
       Pirallahı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik – leytenantı Cümşüd İsmayılov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı, rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verdi. C. İsmayılov bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir.
       Respublika Narkoloji dispanserin həkim eksperti Asif Kəngərli, Bakı şəhəri Baş Polis İdarəsinin veteranlar şurasının sədri Emin Məmmədov çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirdilər, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
       Tədbirin sonunda mövzuya aid suallar cavablandırıldı və narkomaniya haqqında videoçarx nümayiş olundu.
Keçidlər