Məqsədimiz – Pirallahını yaşıllıqlar adasına çevirməkdir
02 aprel 2016 | 11:00
Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin başlıca istiqamətlərindən biri neftlə çirklənmiş torpaqların təmizlənməsi, eyni zamanda, bir sıra göllərin zəhərli tullantılardan azad edilməsi və abadlaşdırılması ilə bağlı mühüm layihələrin reallaşdırılmasından ibarətdir. Bu istiqamətdə son illərdə böyük işlər həyata keçirilir, bir sıra dövlət proqramları və layihələri reallaşır.Ölkə başçısının tapşırığına əsasən neftlə çirklənmiş ərazilərdə mütəmadi olaraq təmizlik işləri aparılır. Növbəti tədbirlər çərçivəsində Pirallahı qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.
02 aprel 2016-cı il tarixdə keçirilən ağacəkmə kompaniyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİHB-sı Aparatının əməkdaşları, “Abşeronneft” NQÇİ-nin işçiləri həvəslə iştirak etdilər. Aksiya zamanı S.Vurğun küçəsində 2000 ədəd yeni ağac əkilmiş, əvvəllər əkilmiş ağaclara qulluq göstərilmişdir. Adıçəkilən ərazidə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüşdür.
Pirallahı Rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafikə uyğun olaraq hər həftənin şənbə günləri təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olur, ətraf ərazilərdə səliqə-sahman yaradırlar ki, bu da artıq ənənə şəklini almışdır.