Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Uşaq musiqi məktəbinin hesabat konserti keçirildi

25 may 2013 | 10:00

Bu günlərdə Pirallahı rayonunda 28 May – Respublika Günü və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilir. Növbəti dərs ilinin başa çatması ilə əlaqədar 24 may 2013-cü il tarixində 14 saylı Uşaq Musiqi Məktəbində 28 May – Respublika günü və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş yekun hesabat konserti keçirildi. Konsert Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında təşkil olunmuşdu. Saat 15:00-da başlanan tədbirə Pirallahı qəsəbə sakinləri, orta məktəblərin müəllim və şagird kollektivləri böyük maraq göstərdiyindən zalda tam anşlaq hökm sürürdü. Pirallahı rayon İcra Hakimiyyəti  Başçısının müavini Vəzir Səfixanov və Aparatın digər məsul əməkdaşları fəxri qonaq qismində tədbirə dəvət olunmuşdular.
14 saylı Uşaq Musiqi Məktəbinin direktoru Xanlar Rzayev tədbiri açıq elan etdikdən sonra məktəbin xor kollektivinin möhtəşəm ifası ilə şagirdlərin nümunəvi çıxışlarına baxış başlandı. Konsert proqramı boyu məktəbin şagirdləri fortepiano, qarmon, skripka, klarnet, tar, kamança və digər alətlərdə məharətli ifaları ilə dinləyicilərin diqqətini cəlb edə bildilər. 14 saylı Uşaq Musiqi Məktəbi şagirdlərinin 2012-2013-cü  tədris ilində yekun hesabat konserti saat yarımdan çox davam etdi və nağaraçalanlar ansamblının bir-birindən maraqlı çıxışları ilə başa çatdı. 

Keçidlər