Şriftin ölçüsü :

Saytın rəngi :

N saylı hərbi hissədə növbəti görüş

07 aprel 2016 | 11:00
      Aprel  ayının 7-də Pirallahı rayon məktəblərinin yuxarı sinif şagirdləri rayon ərazisində yerləşən N saylı hərbi hissədə oldular. Məktəblilər əsgərlərin fiziki və döyüş hazırlığı ilə bağlı nümunəvi çıxışlarına baxaraq, müasir silahların işlədilməsi qaydaları barədə verilən məlumatları dinlədilər. Eləcə də hərbi hissənin döyüş hazırlığı və fəaliyyətinə dair məşğələlərin təşkili, taktiki və fiziki hazırlıq üzrə normativlərin, xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi qaydaları ilə tanış oldular.
      Tədbirdə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynov  çıxış edərək, hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
      Görüşdə N saylı hərbi hissənin komandiri Yusif Ələsgər məktəblilər qarşısında çıxış edərək, Azərbaycan ordusunun inkişafından, ordu ilə xalqın birliyindən danışmış, cəbhə xəttində qulluq edən hərbçilərin Azərbaycan Ordusunda qulluq etmələrindən qürür duyduqlarını bildirmişdir.
      Çıxışlarda Azərbaycan silahlı qüvvələrinin bugünkü qüdrətindən də bəhs edilib, bayrağımızın yenidən doğma Qarabağımızda dalğalandıracağına əminlik bildirilib.
Keçidlər