"Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" petisiyasına Pirallahı sakinləri də qoşuldular
09 aprel 2016 | 11:00
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" petisiya ilə bağlı Obama Administrasiyasına petisiya ilə müraciət edildi. Müraciətdə ATƏT-in Minsk Qrupunun torpaqlarımızın işğaldan azad edilməsində 23 il ərzində heç bir nəticə əldə etmədiyi bəyan edilir, AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan: Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Müraciətdə həmçinin, Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir.
Qeyd edək ki, aprelin 6-da http://petitions.whitehouse.gov internet resursunda yerləşdirilən petisiya artıq 20 mindən artıq səs toplayıb. Qaydalara əsasən petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyaya BURADAN səs verə bilərsiniz.