Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mehralıyev Sarvan Natiq oğlunun yas mərasimi keçirildi

09 aprel 2016 | 11:00
      Aprel ayının 1-i gecədən başlayaraq erməni vandalları Qarabağ bölgəsində, qoşunların təmas xəttində növbəti dəfə təxribata əl atmış və atəşkəs haqqında razılaşmanı xaincəsinə pozaraq Azərbaycan ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçmişlər. Buna baxmayaraq yağı düşmən öz layiqli cavabını almış və işğalda olan bir neçə strateji ərazimiz qəhrəman oğullarımızın mərdliyi nəticəsində uzun illərdən sonra geri qaytarılmışdır. Lakin çox təəssüf hissi ilə qeyd etməliyik ki, azğın erməni işğalçılarının silahlı təxribatı nəticəsində itkilərimiz də vardır. Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar. Müqəddəs şəhidlik zirvəsinə ucalmışlar. Vətən uğrunda canını qurban verərək şəhidlik zirvəsinə ucalanlardan biri  də Mehralıyev  Sərvan Natiq oğlu oldu.
     09 aprel  tarixində Pirallahı qəsəbəsində şəhid Mehralıyev  Sərvan Natiq oğlunun yas mərasimi keçirildi. Yas mərasimində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, “Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi”nin idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova, digər dövlət rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etdilər. Mərasimdə şəhidin ruhuna dualar oxundu və ehsan süfrəsi verildi.
Keçidlər