Məqsəd Pirallahını paytaxtımızın ən qabaqcıl rayonlarından birinə çevirməkdir
13 aprel 2016 | 11:00
Başçı yanında Şuranın iclasında 2016-cı ilin birinci rübündə rayonda görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən geniş söhbət açıldı
Arxada qoyduğumuz 2016-cı ilin birinci rübü ölkəmizin müstəqillik tarixində uğurlu zaman kimi öz layiqli yerini tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının düşünülmüş, məntiqli və məqsədyönlü siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə və xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına xidmət etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Pirallahı rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyə üzvlərinin, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir.
Daha sonra Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov bildirmişdir ki, Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən yaradılan “Yüksək Texnologiyalar Parkı”nda inşaat işlərinə başlanılmışdır. Dövlət Proqramına əsasən inşa edilən körpünün tikintisində son tamamlama işləri aparılır, dəmir-beton konstruksiya işləri artıq 100 faiz yerinə yetirilmişdir. Körpünün 600 m yanaşma yollarının tikintisinə və sahilbərkitmə işlərinə başlanılıb, layihədə nəzərdə tutulan 55 elektrik dirəyindən 24 ədədi quraşdırılmışdır.
Rayonun Baş planı Fövqəladə Hallar Nazirliyinin Ekspertiza idarəsinə təqdim etmək üçün hazırdır. İnzibati mərkəz üçün ayrılmış ərazidə inşa edilən Pirallahı RİH-in inzibati binasında mühəndis kommunikasiya xətləri çəkilir və fasad hissədə pəncərə sisteminin quraşdırılmasına başlanılacaqdır. Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni inzibati binanın inşası davam edir. Rüb ərzində 93 metr su xətti yenilənmiş və rayon ərazisində aparılan abadlıq işləri çərçivəsində salınmış yaşıllıqların suvarılması üçün 100 metr uzunluğunda suvarma xətti çəkilmişdir. S.Bağırov küçəsində smart sayğacların quraşdırılması başa çatmış və 1299 nəfər sakin 24 saat içməli su ilə təmin edilmişdir.
Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında işlər tamamlanmaq üzrədir. Rayon mərkəzində magistral yol boyunca əsaslı təmir olunan 24 hündürmərtəbəli yaşayış binası, onlarla birmərtəbəli yaşayış evləri və 20-yə yaxın qeyri-yaşayış obyektlərində işlər tamamlanıb. 3 hündürmərtəbəli yaşayış binasında təmir işləri davam edir. 297 ədəd qəzalı vəziyyətdə olan binanın sökülməsi ilə əlaqədar layihələndirmə işlərinə başlanılıb və 6 ha ərazi ayrılıb. Ərazidən mühəndis kommunikasiya xətlərinin çıxarılmasına başlanılıb. Layihəyə əsasən bir mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla 4 bloklu, 96 mənzilli binanın layihəsi üzrə işlərə başlanılıb.
Yeni yaradılmış Pirallahı rayon Prokurorluğunun inzibati binasının layihələndirilməsi üçün 0,30 ha torpaq sahəsinin ayrılması istiqamətində sənədləşdirmə işləri aparılır. Həmçinin prokurorluğun fəaliyyəti üçün müvəqqəti ayrılmış binada təmir işləri görülür. Pirallahı qəsəbəsində «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Səməd Vurğun küçəsində yol qovşağının yaxınlığında 75 m uzunluğunda tikilmiş hasarda dekorativ bəzək işləri aparılır. Həmçinin ərazidə magistral yol genişləndiriləcək, müasir gecə işıqlandırılması sistemi qurulacaqdır. Səməd Vurğun küçəsində 1300 metr uzunluğunda yeni dekorativ hasarın inşasına başlanılmışdır. Məhəllədaxili yollarda, Əzizbəyov küçəsinin 300 metrlik hissəsində asfaltlama işləri aparılır. Mərkəzi yolun genişləndirilməsi layihəsinə start verilmişdir. Yeni yaşayış massivinin - “Abad Məhəllə-1”in salınması üçün işlər görülür. 2016-cı ilin I rübü ərzində daxili imkanlar hesabına Çilov qəsəbəsinin küçə və məhəllələrindəki yollarda cari təmir işləri aparılmışdır.
Çörək Kombinatında xarici elektrik xətlərinin çəkilməsi istiqamətində işlərə başlanılmışdır. Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Pirallahı və Gürgən qəsəbələrində, eləcə də Dübəndi sahəsində işlər davam etdirilmiş, 110/35/6 kilovoltluq yarımstansiyanın yenidən qurulması nəzərdə tutulmuşdur. “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi uğurla gedir. Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir. Pirallahı adasının cənub hissəsində təxminən 5 ha ərazidə sahilbərkitmə işləri həyata keçirilir. 2016-cı ilin birinci rübü ərzində Pirallahı rayonu üzrə neft hasilatı 1367552 ton, qaz hasilatı 1241379 min m3 olmuşdur.
V.İmanov qeyd etmişdir ki, Dövlət Proqramında Pirallahı rayonu üzrə nəzərdə tutulan işlərin bir qismi, uğurla icra edilməklə yanaşı gələcəkdə rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidənqurulması və işıqlandırılması, logistika mərkəzinin yaradılması, 235 №-li tam orta məktəbin əsaslı təmiri və əlavə tikililərin inşası, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri və daha üç körpələr evi-uşaq bağçasının sökülərək yerində yeni körpələr evi-uşaq bağçalarının tikintisi, səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi, 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində idman meydançalarının yaradılması, Pirallahı qəsəbəsində Gənclər evinin, yanğından mühafizə bölməsinin tikintisi, tutumu 200 kubmetr olan su hovuzunun əsaslı təmiri işləri planlaşdırılmışdır.
Hesabat dövründə Pirallahı rayonunda 6000 ədəd müxtəlif növ ağac əkilmiş və əvvəlki illərdə əkilən yaşıllıqlara mütamadi olaraq aqrotexniki qulluq göstərilmişdir. Hər həftənin şənbə günləri təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri onlara təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olur, ətraf ərazilərdə səliqə-sahman yaradırlar ki, bu da artıq ənənə şəklini almışdır. Turizmin inkişafı baxımından geniş imkanlara malik Pirallahı rayonunda yay mövsümünə hazırlıq işlərinə start verilmişdir. Rayon ərazisindəki göllərin qurudulması işləri də davam edir. Pirallahı rayonunda əvvəlki illərdə hektarlarla neft və neft məhsulları ilə çirklənmiş ərazidə ARDNŞ tərəfindən kompleks addımlar atılmaqdadır. İşlər “Neft Daşları” və Çilov adasında da davam etdirilir. Neft və neft məhsullardan təmizlənmiş ərazidə abadlıq işləri görülür və yaşıllıqların salınması işləri həyata keçirilir.
Hesabat dövründə Pirallahı rayonunda həyata keçirilən ictimai-siyasi və ideoloji işin keyfiyyətinin yaxşılaşdırılması, ictimai təşkilatlar və dini qurumlarla qarşılıqlı əlaqənin inkişafını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Həmçinin ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə görülən işlər gücləndirilmiş, maarifləndirici tədbirlər həyata keçirilmiş, şəhid, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələr daim diqqətdə saxlanılmış və onlara qayğı göstərilmiş, əhalinin sağlamlığının qorunması məqsədilə sakinlərin tibbi müayinədən keçirilməsinə ciddi nəzarət olunmuş, idmanın kütləviliyinin artırılması üçün müvafiq tədbirlər görülmüşdür. Ümumilikdə rüb ərzində İcra Hakimiyyəti və digər rayon təşkilatları tərəfindən 50-dən çox tədbir həyata keçirilmiş, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliği, ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı açıq dərslərin keçirilməsi, Ulu Öndərin azərbaycançılıq məfkurəsinin təşviqi, böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, qüdrətli Azərbaycan ordusuna dəstək tədbirləri, tarixi və əlamətdar günlərin qeyd olunması məsələləri gündəlik fəaliyyətin əsas istiqamətlərini təşkil etmişlər.
2016-cı ilin 1-ci rübü ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti başçısı Aparatında vətəndaşların qəbulu, onların ərizə, təklif və şikayətlərinə baxılması operativ qaydada təmin edilmişdir. 2016-cı ilin I rübü ərzində Rayon İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən qəbullarda 43 nəfər sakin iştirak etmişdir. RİH başçısı tərəfindən 273 nəfərdən çox rayon sakininin iştirakı ilə 11 səyyar qəbul keçirilmiş, 100 vətəndaşın müraciəti dinlənilmiş, müvafiq göstərişlər verilmişdir. Sevindirici haldır ki, həyata keçirilən məqsədyönlü işlərin nəticəsi olaraq vətəndaş müraciətlərinin sayı ötən illə müqayisədə 74-dən 62-yə enmiş, yəni 16% (12 ədəd) azalmışdır. 01 fevral 2016-cı il tarixdən hal-hazıradək rayon ərazisində yeni açılmış iş yerləri üzrə ümumilikdə 143 nəfər, o cümlədən, Rayon İcra Hakimiyyətinin tabeliyində olan müəssisələr üzrə 65 nəfər işlə təmin olunmuşdur.
Hesabatın sonunda V.İmanov vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən cari ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. İcra Hakimiyyəti tərəfindən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarında geniş müzakirə olunmuş, RİHB Aparatı, qəsəbə nümayəndəlikləri, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmişdir. Bildirilmişdir ki, cənab Prezident tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri də öz əksini tapmışdır. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində müasir çörək istehsalı kombinatının və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, 235 nömrəli tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi, Gürgən qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması, Pirallahı rayonunda Gənclər evinin və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri kimi mühüm bu və digər məsələlər öz əksini tapmışdır.
Hesabat ətrafında çıxış edən millət vəkili Rauf Əliyev, Pirallah Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov, Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Xançoban Dəmirov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2016-cı ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər. İlk üç ay ərzində görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, etnik tərkibin zənginliyi ilə fərqlənən Pirallahı rayonu Prezident İlham Əliyevin Sərəncamı ilə multikulturalizm ili elan olunmuş 2016-cı ili də uğurla başa vuracaqlar.