Pirallahıda Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anıldı
15 aprel 2016 | 11:00
Pirallahı rayonun bütün ümumtəhsil müəssisələrində Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın əziz xatirəsi anıldı.
Tədbirlərdə iştirak edən RİH-in əməkdaşları, təhsil ocaqlarının işçiləri, rayon ictimaiyyətinin nümayəndələri dünya şöhrətli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva haqqında ətraflı məlumat verdilər. Qeyd edildi ki, akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərini vurğulandı və bildirildi ki, o, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Bütün bu xidmətlərinə görə görkəmli oftalmoloq-alim Azərbaycanın əməkdar elm xadimi fəxri adına, oftalmologiya elminin inkişafı naminə əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür.
Bundan başqa Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olan Akademik Zərifə Əliyeva ilk növbədə yüksək insani keyfiyyətləri ilə fərqlənirdi. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”. 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.
Diqqətə çatdırıldı ki, Azərbaycanda görkəmli alimin adı layiqincə əbədiləşdirilmişdir, Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Milli Oftalmologiya Mərkəzi, Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını şərəflə daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Biri Bakıda, digəri Naxçıvanda olmaqla 2 küçə, bir neçə lisey və orta məktəb Zərifə Əliyevanın adını daşıyır. Zərifə xanım Əliyevanın əziz xatirəsi yaddaşlarda görkəmli oftalmoloq-alim, ulu öndər Heydər Əliyevin həyat yoldaşı və silahdaşı olmaqla yanaşı, eləcə də xalqımıza və dövlətimizə Prezident İlham Əliyev kimi layiqli bir oğul bəxş etmiş Ana kimi qalacaqdır.