Azərbaycanlılara qarşı soyqırımlar
18 aprel 2016 | 11:00
Pirallahı məktəbliləri üçün növbəti açıq dərs keçirildi
Pirallahı rayonunda məktəblilər üçün “20 Yanvar faciəsi, Xocalı soyqırımı və azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən 1918-ci il mart soyqırımına, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyasına hüquqi-siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin bariz nümunəsi kimi” mövzusunda növbəti açıq dərs keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, 168, 243, 186 №-li məktəblərin müəllim heyəti və 11-ci sinif şagirdləri iştirak etdilər.
243 №-li tam orta məktəbin tarix müəllimi Famil Hüseynov çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlılarının soyqırımı haqqında” fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırım cinayətlərinə, o cümlədən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. Fərmanda haqlı olaraq dünya ictimaiyyətinə çatdırıldı ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülüb, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Ümummilli lider Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanı ilə həmvətənlərimizin Qərbi Azərbaycandakı dədə-baba yurdlarından zorla köçürülməsində Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı. Diqqətə çatdırıldı ki, 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırım aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hər il bu soyqırımlarla bağlı xalqımıza müraciət ünvanlayır, səbir diləyərək dərin hüznlə başsağlığı verir.
Açıq dərsin sonunda məktəblilərin mövzuya dair sualları cavablandırıldı.