Vətən Sərhəddən başlayır…
18 aprel 2016 | 11:00
Pirallahı Rayon İcra Hakimiyyətinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşəbbüsü ilə Rayonun 231 №-li tam orta məktəbin müəllim və şagirdlərinin “Vətən Sərhəddən başlayır” şuarı altında Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinə ekskursiyası təşkil edildi.
Hərbi hissədə şagirdlər Heydər Əliyev muzeyində müxtəlif eksponatlarla tanış oldular, sərhəd qoşunlarına aid videoçarxlar və görüntüləri izlədilər, hərbiçilərin geyim formaları ilə tanış oldular. Buradakı şəraitlə yaxından tanış olan məktəblilərin maraqlandıqları suallar cavablandırıldı.