“Yaz həyəti” layihəsi Pirallahı rayonunda...
20 aprel 2016 | 11:00
İDEA ictimai birliyinin, Təhsil Nazirliyinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu gün “Yaz həyəti" layihəsi çərçivəsində Pirallahı qəsəbəsində yerləşən 186 nömrəli tam orta məktəbdə ağacəkmə kompaniyası keçirildi. Aksiyada adı çəkilən qurumların nümayəndələri ilə bərabər ümumtəhsil müəssisəsinin müəllim heyəti, VIII-IX sinif şagirdləri iştirak etdilər. Tədbir çərçivəsində təhsil ocağının həyətyanı sahəsinin təmizlənməsi, yaşıllıqlara qulluq, ağacların gövdələrinin əhənglənməsi və sair abadlıq işləri görüldü. Aksiya zamanı 120-dən artıq müxtəlif növ ağaclar əkildi.
Layihə məktəblilər və tələbələrin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə Bakı, Gəncə və Sumqayıt şəhərlərində 15 ali və 26 ümumtəhsil müəssisəsini əhatə edir. Mayın 1-də başa çatacaq layihə çərçivəsində görülən işlər qiymətləndiriləcək, Təhsil Nazirliyi və İDEA İctimai Birliyi tərəfindən layihənin qalibi müəyyənləşdiriləcək.
Qeyd edək ki, rayonunun bütün idarə və təşkilatlarında, məktəbəqədər və orta təhsil müəssisələrində artıq ənənəyə çevrilmiş iməciliklər davam etdirilir. Bu gün Pirallahı qəsəbəsində yerləşən 243, 168, 186 nömrəli tam orta məktəblərdə də ekoloji durumu daha da yaxşılaşdırmaq məqsədi ilə təmizlik və abadlıq işləri görülmüş, müxtəlif növ ağaclar əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.