Pirallahıda “Donor günü” keçirildi
22 aprel 2016 | 11:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Bakı şəhərinin Pirallahı rayonu sürətli inkişaf yolu ilə inamla irəliləyir. İctimai-iqtisadi sferada uğurlar qazanan rayonda müxtəlif sosial yönümlü, humanist aksiyaların keçirilməsi də artıq ənənə şəklini almışdır. Təqdirəlayiq haldır ki, rayon sakinləri, xüsusən Yeni Azərbaycan Partiyasının üzvləri hər dəfə bu tədbirlərin ən fəal iştirakçılarına çevrilirlər. Növbəti belə bir aksiya aprelin 22-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının birgə təşəbbüsü ilə keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş, eyni zamanda, mənfur düşmən üzərində böyük hərbi qələbəni qazanan qəhrəman əsgərlərimizə yardım məqsədilə təşkil edilmiş “Donor günü” oldu.
Artıq səhər saatlarından 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının önündə böyük qələbəlik vardı. Bura toplaşan partiya fəalları azğın işğalçılarla döyüşlərdə yaralanan igidlərimizə, eləcə də talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə qan vermək üçün öz növbələrini gözləyirdilər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının tibbi heyəti ilk növbədə könüllüləri müayinədən keçirir və sağlamlığı donor olmağa imkan verən şəxsləri qan götürüləcək otağa dəvət edir.
- Vətən uğrunda bir an belə tərəddüd etmədən canını fəda etməyə hazır olan igidlərimiz üçün qan vermək bizim vətəndaşlıq borcumuzdur, - deyir YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov. - Eyni zamanda vurğulamalıyam ki, xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev uşaqları çox sevirdi və daim onların sağlamlığı qayğısına qalırdı. Bu gün biz - Yeni Azərbaycan Partiyası üzvləri Ulu Öndərimizin şanlı yolunu layiqincə davam etdirmək üçün var gücümüzlə çalışırıq. Pirallahı rayonunda dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü yüksək səviyyədə qeyd etmək məqsədilə YAP Pirallahı Rayon Təşkilatı tərəfindən Tədbirlər planı hazırlanmış və təsdiq edilmişdir. Bu günkü qanvermə aksiyası da həmin Tədbirlər planında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə əlaqədar reallaşan və eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanist aksiyada partiya fəallarımız geniş şəkildə iştirak etmək əzmindədirlər.
YAP Pirallahı Rayon Təşkilatının sədri bu önəmli aksiyaya hazırlıq işlərinin öncədən aparıldığını deyir. Rayon ərazisində elanlar asılıb, idarə və müəssisələrdə, YAP-ın ilk təşkilatlarında yığıncaqlar keçirilib, sakinlərlə fərdi söhbətlər aparılıb, həkimlər qanvermənin insan orqanizminə müsbət təsirini xüsusi qeyd ediblər. İgid hərbçilərimizə yardım, xəstə uşaqlara kömək xarakteri daşıyan belə humanist aksiyaların gözəl ideya kimi YAP üzvləri, bütövlükdə Pirallahı sakinləri tərəfindən ürəkdən dəstəkləndiyi, həmçinin savab əməl olduğu vurğulanmışdır. Qanvermə aksiyasında Rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyasının fəalları və rayon sakinləri - ümumilikdə 300 nəfərdən çox insan iştirak etmişdir. Humanist aksiyanın iştirakçılarından toplanan qan aprel ayının əvvəllərində Qarabağ bölgəsində, qoşunların təmas xəttində növbəti dəfə təxribata əl atmış, atəşkəs haqqında razılaşmanı xaincəsinə pozan düşmənlə döyüşlər zamanı yaralanan hərbçilərimizə dəstək, sağalmaz bəlaya düçar olmuş körpələrə kömək məqsədilə Mərkəzi Qan Bankına təhvil verilmişdir.