Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəbliləri arasında futbol üzrə rayon birinciliyinin final mərhələsi keçirildi

23 aprel 2016 | 11:00
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə Pirallahı rayonunda müvafiq tədbirlər görülür. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiqlənmiş tədbirlər planına əsasən rayonda mütəmadi olaraq müxtəlif idman növləri üzrə yeniyetmələr və gənclər arasında yarışlar, rayon birincilikləri, turnirlər təşkil olunur.
       23 aprel 2016-cı il tarixində Pirallahı məktəbliləri arasında futbol üzrə rayon birinciliyinin final mərhələsi keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Pirallahı Rayon İcra Hakimiyyəti və AFFA-nın birgə təşkilatçılığı ilə keçirilən turnirdə finala çıxan 235 və 168  nömrəli  tam orta məktəblərinin futbol komandaları öz qüvvələrini sınadılar.
       Pirallahı rayonundakı 186 №-li məktəbin həyətində qurulmuş süni örtüklü idman meydançasında keçirilən final görüşünün nəticəsinə görə 168 nömrəli tam orta məktəbin komandası birinci yeri qazandı. Qalib komandaya AFFA tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
       Qeyd edək ki, may ayının sonunda keçiriləcək Respublika birinciliyində 168 nömrəli tam orta məktəbin futbol komandası Pirallahı rayonunu təmsil edəcək.
Keçidlər