Şriftin ölçüsü :

Saytın rəngi :

Şagirdlərimizin növbəti uğuru

25 aprel 2016 | 11:00
       Xətai rayonunun 264 nömrəli tam orta məktəbdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  təşkilatçılığı ilə Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş "Qələbəyə doğru" intellektual yarışma keçirildi. Yarışmanın keçirilməsinin əsas məqsədi məktəblilərinin dünyagörüşünü, intellekt səviyyəsini daha da zənginləşdirməkdir.
      Məlumat üçün bildirək ki, yarış Bakı şəhərinin 12 rayonunu (Səbail, Nizami, Yasamal, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Binəqədi, Qaradağ, Nəsimi, Nərimanov, Pirallahı) təmsil edən məktəbliləri arasında baş tutub. Hər rayonun komandasında 5 nəfər iştirak edib. Yarışmanın qalibi Yasamal rayonunun iştirakçıları oldu. Pirallahı rayonunu təmsil edən komanda yarışmada uğurlu nəticələr göstərərək 3-cü yerə layiq görüldü.
Keçidlər