Çernobıl qəzasından 30 il ötür
26 aprel 2016 | 11:00
Pirallahı rayonunda faciə qurbanlarının xatirəsi anılmışdır
Pirallahı rayonundakı 168 №-li tam orta məktəbin akt zalında Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş və 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş qəzanın 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin Çernobıl əlilləri və onların ailə üzvləri ilə ənənəvi görüşnün məqsədi Çernobıl faciəsi qurbanlarının xatirəsini anmaq, mövcud problemlərini həll etmək və ailələrinə yardımlar göstərməkdən ibarət olmuşdur.
Tədbir Çernobıl qəzası qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirib ki, Azərbaycanda Çernobil əlillərinə və onların ailə üzvlərinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Çernobıl qəzasının nəticələrini aradan qaldırmaq üçün çalışan və bu zaman sağlamlığını itirən hər bir soydaşımızın həyatının bizim üçün dəyərli olduğunu vurğulayan V.Səfixanov qeyd edib ki, onların gündəlik qayğılarının və problemlərinin həlli istiqamətində Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq addımlar atılır.
Sonra Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vüsal Babayev tarixin ən faciəli texnogen qəzası olan Çernobıl faciəsindən danışaraq qeyd etmişdir ki, qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan həlak olmuş, sonrakı illərdə isə bu rəqəm 100 mini keçmişdir. 5 milyon ukraynalıdan əlavə, keçmiş SSRİ respublikalarında və Avropa ölkələrində yaşayan azı 10 milyon nəfər şüalanmaya məruz qalaraq ağır xəstəliklərə tutulmuşlar. Qəza zamanı əsasən gənclərdən ibarət 7 min nəfərdən çox Azərbaycan vətəndaşı, böyük təhlükəyə baxmayaraq, Çernobıla yollanmışdı. Çoxları elə oradaca həlak oldu, qalanları isə ömürlük əlil qaldı və ya ağır xəstəliklərə tutuldular.
Bildirilmişdir ki, Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində Milli Məclis tərəfindən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib və Çernobıl əlillərinin hərtərəfli dövlət qayğısı ilə təmin olunması işlərinə başlanaraq onlara bir sıra güzəşt və imtiyazlar verilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı, Çernobıl əlilləri də sanator-kurort yollayışları ilə təmin olunurlar. Çernobıl əlillərinin tibbi reabilitasiyası sahəsində də məqsədyönlü işlər görülür.
Çernobıl qəzasının canlı şahidi olmuş Famil Səfiyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını ifadə etdi. Çernobıl əlillərinin bir qisminin dövlət tərəfindən mənzil və avtomobillərlə təmin olunduğunu vurğulayan F.Səfiyev qeyd edib ki, qəza baş verən zaman onun nəticələrini aradan qaldırmaq üçün səfərbər edilən heyət arasında sayca ən çox müsəlman respublikalarının nümayəndələri olmuşlar. Onların da arasında da azərbaycanlılar üstünlük təşkil etmişdilər. O vaxt ki SSRİ rəhbərliyinin hadisənin real nəticələrini ictimaiyyətdən gizlətdiyini vurğulayan F.Səfiyev bildirib ki, buna baxmayaraq ABŞ və Qərb dövlətləri Çernobıl qəzasını əsrin faciəsi adlandırıblar.
Tədbirin yekununda Çernobıl əlillərinə və onların ailə üzvlərinə İcra Hakimiyyəti tərəfindən maddi yardımlar göstərilmişdir.