Pirallahı məktəbliləri arasında növbəti intellektual oyun keçirildi
27 aprel 2016 | 11:00
29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində Pirallahı məktəbliləri arasında “Xəmsə” intellektual oyun keçirildi. Intellektual oyunda 168, 186, 231, 243, 235 nömrəli tam orta məktəblərin 5 nəfərdən ibarət komandası iştirak edirdi. Yarışda ilk seçim turunda vəsiqəni 168, 186, 235, 243 nömrəli tam orta məktəbin şagirdləri qazandılar.
4 komanda arasında keçirilən intellektual yarışmada 168 nömrəli tam orta məktəbin komandası 1-ci yer, 243 nömrəli tam orta məktəbin komandası 2-ci yer, 186 nömrəli tam orta məktəbin komandası 3-cü yeri qazanaraq növbəti tura vəsiqə qazandılar.