Şriftin ölçüsü :

Saytın rəngi :

“Səni tərənnüm edirəm Azərbaycan” adlı şeir və mahnı müsabiqəsi keçirildi

27 aprel 2016 | 11:00
        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 17 mart 2016-cı il tarixli əmrinə əsasən ümumtəhsil müəssisələrində “Səni tərənnüm edirəm Azərbaycan” adlı şeir və mahnı müsabiqəsi keçirildi. 1-ci mərhələ 17 mart – 17 aprel tarixlərində Pirallahı rayon məktəblərində, 2-ci mərhələ  27 aprel 2016-cı il tarixində 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində keçirildi. 2-ci mərhələdə qalib gələn şagirdlər 10 may – 15 may tarixlərində Bakı şəhəri üzrə keçiriləcək 3-cü mərhələdə iştirak edəcəklər.
        27 aprel 2016-cı il tarixində 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində keçirilən 2-ci mərhələdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul işçiləri Seymur Yusibov, Namiq Hüseynov,  Pirallahı rayonunda yerləşən ümumtəhsil məktəblərinin 1-ci mərhələdə qalib gələn şagirdləri, təşkilatçılar, uşaq birliyi rəhbərləri, Mərkəzin dərnək rəhbərləri iştirak edirdi.
         Qeyq edək ki, mmüsabiqənin nəticələri may ayının 5-nə qədər müəyyənləşdiriləcək və qaliblər şəhər mərhələsində iştirak edəcəklər.
Keçidlər