Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəbliləri arasında yüngül atletika üzrə yarış keçirildi

30 aprel 2016 | 11:00
       Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran-Prisinin təbliği məqsədilə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Atletika federasiyasının birgə təşkilatçılığı ilə Pirallahı İdman Stadionunda rayon ümumtəhsil müəssisələrin 7-8-ci sinif şagirdləri arasında 1000 və 500 metr məsafəyə yüngül atletika yarışı keçirilmişdir.
       Gərgin mübarizə şəraitində keçən yarışda 5 rayon məktəbindən 25 nəfər (15 oğlan, 10 qız) iştirak etdi. Yarışların nəticələrinə görə, I yeri 235, II yeri 168, III yeri isə 243 nömrəli tam orta məktəbin komandaları qazandılar.
       Qaliblərə Təhsil Nazirliyi tərəfindən sertifikatlar və kuboklar təqdim olundu.
       Qeyd edək ki, qalib komanda kross üzrə Bakı birinciliyində iştirak etmək hüququnu qazandı.
Keçidlər