Pirallahı rayonunda “Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda tədbir keçirildi
05 may 2016 | 11:00
05 may 2016-cı il tarixində Pirallahı rayon Çilov qəsəbəsində yerləşən Rasim İbrahimov adına 131 saylı tam orta məktəbdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan 131 saylı tam orta məktəbin direktoru Rafael Musayev əvvəlcə tədbir iştirakçılarını salamladı və mövzunun aktuallığını vurğuladı. Sonra söz Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Lalə Məlikovayə verildi. O öz çıxışında qeyd etdi ki, Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən və 1999-cu ildə qəbul edilmiş “Azərbaycan Respublikasının uşaq hüquqları haqqında” Qanunun mütərəqqiliyindən xüsusilə qeyd etmək lazımdır. Bütün bunlar Azərbaycan dövlətinin uşaq hüquqlarına verdiyi önəmin bariz nümunəsidir.
Sonra söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Cəmilə Bağırovayə verildi. O öz nitqində bildirdi ki, uşaq hüquqları Qanunla və ya əxlaqi olaraq bütün uşaqların doğuşdan sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısını əhatə edən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının içində ələ alınması lazım olan bir mövzudur. Hal-hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə qəbul edilən və Birləşmiş Millətlər Təşkilatının 193 ölkə tərəfindən təsdiq edilmiş Uşaq hüquqları haqqında Konvensiyasıdır.
Tədbir müzakirə şəkilində aparılmış, maarifləndirici vəsaitlər paylanılmışdır.