Pirallahı rayonunda “Piyadalar diqqətli olun!” mövzusunda tədbir keçirildi
07 may 2016 | 11:00
06 may 2016-cı il tarixdə Pirallahı rayonunda yerləşən 168 nömrəli tam orta məktəbdə “Piyadalar diqqətli olun!” mövzusunda tədbir keçirildi.
Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev, Pirallahı rayon Dövlət Yol Polis İdarəsinin müavini Kamil Qəhrəmanlı, Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin inspektoru Vaqif Rzaquliyev, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Ramil Quluzadə və Lalə Məlikova, 168 nömrəli tam orta məktəbin müəllim kollektivi və ibtidai sinif şagirdləri iştirak etdilər.
Məktəbin direktoru Şakir Mikayılov qonaqları və tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. O, öz çıxışında məktəbin avtomobil yoluna yaxın ərazidə yerləşməsinin və bu səbəbdən müəyyən problemlərinin yarandığını vurğuladı.
Sonra çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev əsas diqqətin təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsininin vacibliyini vurğuladı və hamını yol hərəkəti qaydalarına riayət etməyə çağırdı. F. Babayev qeyd etdi ki, uşaqların təhlükəsizliyinin təmin olunmasında ən çox iş valideynlərin və müəllimlərin üzərinə düşür.
Pirallahı rayon Dövlət Yol Polis İdarəsinin rəis müavini Kamil Qəhrəmanlı və digər çıxış edənlər də yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənilməsinin və buna əməl olunmasının vacibliyini vurğuladılar. Bildirildi ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi, yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin müəllimləri arasında maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.
Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Təşkil olunmuş tədbirin əsas məqsədi uşaqlara təhlükəsiz davranış qaydalarını öyrətməkdən ibarətdir.