Şuşanın işğalından 24 il ötür
07 may 2016 | 11:00
Azərbaycanın musiqi beşiyi hesab edilən, tarixi abidələri və görkəmli şəxsiyyətləri ilə məşhur olan Şuşa Şəhəri 08 may 1992-ci ildə mənfur düşmənlərimiz tərəfindən işğal edilmişdir. İşğal zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olmuşdur. İşğal nəticəsində bir sıra tarixi-mədəniyyət abidələri məhv edilmiş, 5000-ə yaxın tarixi eksponatı olan Şuşa Tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq Tətbiqi Sənəti muzeyi talan edilmişdir. Müqəddəs məbəd və məscidlər dağıdılmış, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir.
06 may 2016-cı il tarixdə 186 №-li tam orta məktəbdə Azərbaycanın dilbər guşəsi, musiqi beşiyi, tarixi şəxsiyyətlər, incəsənət, mədəniyyət nümayəndələri yetişdirən qədim Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 24–cü ildönümü ilə bağlı “Biz qalib gələcəyik!” adlı tədbir keçildi.
Tədbirdə çıxış edən məktəbin direktoru Arif Xankişiyev, tarix müəllimi Yaqub Hüseynov çıxışlarında Şuşanın işğaldan əvvəlki tarixindən və işğal zamanı Şuşaya, Şuşa mədəniyyətinə, incəsənətinə və bütövlükdə Azərbaycana vurulan ağır zərbələrdən danışaraq bir daha şagirdləri məlumatlandırdılar, aprel ayının əvvəlində erməni təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizi xatırlayaraq, Azərbaycan ordusunun güc və qüdrətindən, hər an işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə qadir olduqlarından və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızı, cənnətməkan Şuşanı və digər düşmən tapdağında olan torpaqlarımızı azad edəcəklərini bildirdilər. Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, kompozisiyalar nümayiş etdirdilər.
Sonda Şuşanın tarixi, tarixi şəxsiyyətləri, məşhur incəsənət, mədəniyyət və ədəbiyyat nümayəndələri ilə bağlı videoçarx nümayiş etdirildi.

Qeyd edək ki, Şuşanın işğalı ilə bağlı tədbirlər rayonun digər ümumtəhsil müəssisələrində də keçirildi.