Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda faşizm üzərində tarixi qələbə günü münasibətilə tədbir keçirildi

09 may 2016 | 11:00
        9  may 2016-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətində alman faşizmi üzərində qələbənin 71-ci ildönümünə həsr olunmuş Böyük vətən müharibəsi iştirakçıları və arxa cəbhə veteranları ilə görüş keçirildi.
       Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycan faşizm üzərində tarixi qələbənin əldə edilməsinə böyük töhfələr verib. Bu şanlı zəfərin əldə olunmasında xüsusi payı olan xalqımızın 640 mindən çox oğul və qızını cəbhəyə yola saldığı, onların təxminən yarısının döyüşlərdə həlak olduğu vurğulandı. Həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyi diqqətə çatdırıldı. Faşizmə qarşı mübarizədə xalqımız döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərmişdir. Şanlı qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi.
     Böyük Vətən müharibəsi veteranları müharibə ilə bağlı təəssüratlarından, azərbaycanlıların döyüş meydanlarında göstərdikləri şücaətdən danışdılar, faşizm üzərində qələbədə Azərbaycanın rolunu, qəhrəman oğul və qızlarımızın böyük rəşadətlərini, Azərbaycan neftinin əhəmiyyətini vurğuladılar. Veteranlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
      Görüşün sonunda Pirallahı Ryon İcra Hakimiyyəti tərəfindən Böyük vətən müharibəsi iştirakçılarına və arxa cəbhə veteranlarına ərzaq bağlaması şəklində maddi yardım göstərilmişdir. Səhhətindəki problemlərlə əlaqədar görüşdə iştirak edə bilməyən veteranlar evlərində ziyarət olunmuşlar.
Keçidlər