Şriftin ölçüsü :

Saytın rəngi :

186 nömrəli tam orta məktəbdə iməcilik keçirildi

09 may 2016 | 11:00
       Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar 07 may 2016-cı il tarixində 186 №-li tam orta məktəbdə ümumməktəb iməciliyi keçirildi.
       İməcilikdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər, texniki heyət və şagirdlər, könüllü olaraq bir qrup valideyn iştirak etdi.
      Aksiya zamanı əkilmiş ağaclar və gül kolları suvarıldı, ərazi abadlaşdırılaraq səliqəyə salındı. Ərazidə əkilən ağaclara, yaşıllıqlara qulluq və abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulur.
        Qeyd edək ki, aksiyanın əsas məqsədi  abadlaşdırma, yaşıllaşdırma və təmizlik işlərinin aparılmasıdır.
Keçidlər