Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı Pirallahıda ümumrayon iməciliyi keçirildi.

10 may 2016 | 11:00
         10 may 2016-cı il tarixdə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbədaxili yolboyu ümumrayon iməciliyi keçirilmişdir.
         Rayonun bütün idarə, müəssisə və təşkilatlarının iştirakı ilə keçirilən iməcilikdə sadə vətəndaşlar da könüllü olaraq böyük həvəslə iştirak etmişlər. İməcilik zamanı 3000-dən artıq  müxtəlif növ ağac ( zeytun, eldar şamı, kiparis və s.) və gül kolları əkilmiş, həmçinin əkilmiş ağaclar suvarılmış, dirəklərlə möhkəmləndirilmişdir. Ərazidə geniş abadlıq işləri həyata keçirilmişdir.
         Keçirilmiş ağacəkmə kompaniyasında rayonun bütün idarə, müəssisə və təşkilatları yaxından iştirak etmişdir. 
Keçidlər