Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə paytaxtın Pirallahı rayonunda silsilə tədbirlər keçirildi

11 may 2016 | 11:00
       10 may 2016-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP fəalları, rayonun idarə, müəssisələrinin kollektivləri, o cümlədən rayon ictimaiyyətinin digər nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş,  məzarı önünə əklillər, təzə-tər güllər qoymuş, onun əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
    Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzə təşkil olunmuş ekskursiyada iştirak etmişlər. Ekskursiya zamanı qurumun əməkdaşları iştirakçılara məlumat verərək bildirmişlər ki, orijinal dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən Mərkəz öz binasının modern üslubu ilə həmahənglik təşkil edir. Xatırladaq ki, Mərkəz məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilərək 2012-ci ilin mayında istifadəyə verilmiş, 2013-cü il may ayının 10-da isə Heydər Əliyev Mərkəzinin rəsmi açılışı olmuş, 2014-cü ilin iyununda Heydər Əliyev Mərkəzinin binasının dizaynına görə "Design Museum" təşkilatı Zaha Hadidə "İlin dizaynı 2014" mükafatını vermişdir. Artıq müasir Bakının simvollarından birinə çevrilən Mərkəzdə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv sənədləri, eləcə də müxtəlif nadir eksponatlar nümayiş etdirilir. Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə məlumatlar ziyarətçilərə interaktiv formada təqdim edilir.
        Muzeydə Ümummilli Liderin ailəsinin ötən əsrin 30-cu illərində çəkdirdiyi fotoşəkillər, ulu öndər Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı zaman istifadə etdiyi zabit və general geyimləri, müxtəlif dövrlərdə istifadə etdiyi dörd xidməti avtomobil, layiq görüldüyü orden və medallar ekskursiya iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Həmçinin tədbir iştirakçıları Sovetlər zamanı və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə müxtəlif dünya ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotolarla tanış olmuşlar.
Heydər Əliyev Mərkəzində yerləşən “Azərbaycan inciləri” muzeyinə ekskursiyadan da ziyarət iştirakçıları böyük təəssüratlarla ayrılmışlar.
        Sonda iştirakçılara Azərbaycan xalçalarının yayılma arealı, kosmik texnologiyaların inkişaf tarixi, ölkəmizdə postmodernizm üslubunda işlənən sənət əsərləri haqqında geniş məlumat verilmişdir.
         Pirallahı rayonunun təmsilçiləri Mərkəzin əməkdaşları ilə xatirə şəkli çəkdirmişlər.
Keçidlər