Pirallahı qəsəbəsində yerləşən 186 №-li tam orta məktəbin bir qrup şagirdi Bakı Hüquq Mərkəzi tərəfindən mükafatlandırılıb
13 may 2016 | 11:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində Bakı Hüquq Mərkəzinin əməkdaşları tərəfindən açıq dərslər keçirilib.
Növbəti açıq dərslərin keçirilməsinə 186 №-li tam orta məktəbdə start verilib. Açıq dərsi 15 fevral 2016-cı il tarixində Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Orxan Həsənov təqdim edib. "Hüquq və mən" mövzusunda keçirilən açıq dərsdə məktəbin 9-11-ci sinifləri üzrə 25 şagird iştirak edib. Onlara əyani vəsait olaraq "Hüquq və mən" kitabı və işçi dəftərləri payalanılıb. Ümumilikdə məktəbdə açıq dərs 5 həftə ərzində davam edib.
Sonda açıq dərsdə fəallıq göstərən 13 nəfər şagird Bakı Hüquq Mərkəzi tərəfindən mükafatlandırılıb. Mükafatlandırma mərasimi 12 may 2016-cı il tarixində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin binasında baş tutub. Mükafatlandırma zamanı şagirdlər həmçinin Sabunçu Rayon Məhkəməsi ilə tanış olub, canlı olaraq məhkəmə prosesində iştirak ediblər.
Ümumtəhsil məktəblərində "Hüquq və mən" mövzusunda keçirilən açıq dərslərin məqsədi məktəblilərin Azərbaycan Respublikasının Konstitusiyasını öyrənmək və öz hüquqlarını müdafiə etmək qabiliyyətinə malik olmalarına şərait yaratmaqdır.