Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəblilərinin növbəti uğuru

16 may 2016 | 11:00
       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22 yanvar  2016-cı il tarixli 28 nömrəli əmri ilə elan edilmiş  “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin  I, II, III və xüsusi dərəcəli diplomlarına layiq  görülmüş məktəblilərin təltifetmə mərasimi keçirilmişdir.   
       Azərbaycan Dövlət  Neft  və Sənaye  Universitetində təşkil edilmiş mərasimində  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli, Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Universitetin prorektoru Qasım Məmmədov, dekan Fəttah Həşimov, kafedra müdiri Yunis Qəhrəmanov,  kimya elmləri doktoru  Sevinc Məmmədxanova, Bakı Şəhəri 34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən  Qaralov  iştirak etmişlər.
       Çıxış edənlər müsabiqə qaliblərinə uğurlar arzulamış və belə müsabiqələrin təşkil olunmasının məktəblilərin kimya  elminə olan marağının  daha da  artırılmasında   və onların biliklərinin elmi axtarışlara sövq edilməsində mühüm rol oynadığını  bildirmişlər.  Bu cür müsabiqələrin  məktəblilərin  müasir dövrün tələblərinə cavab verə biləcək mütəxəssislər  kimi  hazırlanmalarına ciddi təsir göstərəcəyi də  vurğulanmışdır.
       Təltifetmə mərasimində 186 nömrəli tam orta məktəbin komandası xüsusi diplomla təltif edilmişdir.
Keçidlər