Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 24 il ötür

17 may 2016 | 11:00
        1992-ci il xalqımızın tarixinə ağır bir il kimi daxil olmuşdur. Dağların ətəyində yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmən tərəfindən işğal edilmişdir. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın, bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. 1992-ci ildən Laçın  rayonu erməni daşnaqlarının ayaqları altında inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar. Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar. Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə apardığı siyasət deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqları gün uzaqda deyil.
        17 may 2016-cı il tarixində Pirallahı rayonunun bütün ümumtəhsil müəssisələrində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirildi.
        Keçirilmiş tədbirlərdə bildirdi ki, hazırda Azərbaycanın hərbi və insan potensialı torpaqlarımızın müharibə yolu ilə geri qaytarılmasına imkan verir və biz cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik, bütün məcburi köçkünlər kimi laçınlılar da öz doğma yurd-yuvalarına qayıdacaqlar.
        Çıxış edənlər Laçının tarixi abidələrindən və əsrarəngiz təbiətindən danışaraq, cənnətməkan Laçın haqqında bir daha şagirdləri məlumatlandırdılar.
          Tədbirlər zamanı məktəblilər Qarabağ, vətənpərvərlik mövzularında şeirlər söyləmiş, Laçın rayonunun əsrarəngiz təbiətini özündə əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Keçidlər