Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda vətənpərvərlik mövzusu daim diqqət mərkəzindədir

18 may 2016 | 11:00
         Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün həddən artıq önəmlidir. Ölkə siyasətində mühüm yer tutan gənc nəslin düzgün yetişdirilməsi  istiqamətində gənclər və yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Pirallahı rayonunda da  vətənpərvərliklə bağlı müxtəlif tədbirlər təşkil olunur.
       Bu günlərdə Pirallahı rayon məktəblilərinin 7 və 8-ci sinif şagirdlərinin Cəmşid Naxçıvanski adına hərbi liseyə ekskursiyası təşkil olunmuşdur. Hərbi liseyin rəis müavini – polkovnik leytenant Kamran Nəsibov şagirdlərə ətraflı məlumat verərək  bildirdi ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və  inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Həmçinin şagirdlər kursantların geyim formaları, yeməkxana, istirahət otaqları və təlim-tədris mərkəzi ilə tanış oldular.
Keçidlər