Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəbliləri arasında “Xəmsə” intellektual oyununun növbəti mərhələsi keçirildi

20 may 2016 | 11:00
        19 may 2016-cı il tarixində 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində Pirallahı məktəbliləri arasında  “Xəmsə” intellektual oyununun növbəti mərhələsi keçirildi. Yarışda 168, 186, 231, 243 nömrəli tam orta məktəblərindən 20 nəfər şagird iştirak edirdi. İntellektual yarışda Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, adət-ənənələrini və vətənpərvərlik mövzularını əhatə edən suallar səsləndirildi.
        Oyunun nəticəsinə görə, 168 nömrəli tam orta məktəbin komandası 1-ci yer,  243 nömrəli tam orta məktəbin komandası 2-ci yer, 186 nömrəli tam orta məktəbin komandası 3-cü yeri qazanaraq III tura vəsiqə qazandılar. Qalib komandalar diplomlarla təltif olundular.
         Qeyd edək ki,  yarışın əsas məqsədi məktəblilərin dünyagörüşünü zənginləşdirmək, onların intellektual səviyyəsini qiymətləndirmək, peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməkdir.
Keçidlər