Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda məcburi köçkünlərlə görüş keçirildi

21 may 2016 | 11:00
        Doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın bütün qayğıları, problemlərinin həlli Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin gündəlik işinə çevrilmişdir. Pirallahı rayonunda da məcburi köçkünlərə diqqət və qayğı daim diqqət mərkəzində saxlanılır, onlara problemlərinin həlli istiqamətində müvafiq köməkliklər göstərilir. Qeyd edək ki, Pirallahıda məcburi köçkün düşmüş ümumilikdə 900 nəfərdən çox soydaşımız rayonun köhnə xəstəxana, sanatoriya və uşaq bağçasında, ictimai binalarda, bağ sahələrində məskunlaşmışlar.
        May ayının 20-də 168 saylı tam orta məktəbin akt zalında Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Füzuli rayonundan olan məcburi köçkünlərlə növbəti görüş keçirildi. Görüşdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov,  Füzuli  Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Məmmədova, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Pirallahı rayonu üzrə sektor müdiri İlqar Məmmədli, Füzuli  rayonunun kənd və qəsəbə nümayəndələri, məcburi köçkünlər iştirak etdilər. Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların gedişi, Füzuli rayonunda gedən abadlıq-quruculuq işləri barədə məlumat verən Kəmalə Məmmədova, eləcə də rayonun kənd və qəsəbə nümayəndələri məcburi köçkünlərin çoxsaylı suallarını geniş və ətraflı cavablandırdılar.
Keçidlər