Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi

02 iyun 2013 | 10:00

Pirallahı rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə ilk tədbir Milli qəhrəman Yavər Əliyev adına 235 saylı tam orta məktəbdə keçirildi. Saat 10.00-dan etibarən al-əlvan gül-çiçəklərlə bəzədilmiş improvizə olunmuş səhnə balacaların ixtiyarına verildi. Tədbir iştirakçılarını və qonaqları salamlayan gənc aparıcılar – IV sinif şagirdləri Nigar Hacıyeva və Rəşid Alışanlı ilk sözü Pirallahı RİH Aparatının məsul əməkdaşları Həsən Niftəliyev və İlqar Məmmədliyə verdilər. Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından bayram münasibətilə körpə fidanları, bütün tədbir iştirakçılarını təbrik edən natiqlər gələcəyimiz olan uşaqların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan əlverişli şəraitdən danışdılar, respublika Prezidenti İlham Əliyev cənablarının və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısının daim artdığını vurğuladılar. Tədbir iştirakçıları qarşısında çıxış edən məktəbin direktoru Rüstəm Yaqubov ilk öncə əlamətdar gün münasibətilə məktəbə gəlmiş rəsmi qonaqları, müəllimləri, şagirdləri, valideynləri ürəkdən salamladı, həm körpə balaları, həm də uşaqların bayramını Ümummilli liderimiz Heydər Əliyevin də çox sevdiyini vurğuladı. Bayram tədbirində 235 saylı tam orta məktəbin I və IV siniflərinin şagirdləri “Vətənə layiqli övlad olaq!” adlı geniş konsert proqramı ilə çıxış etdilər. Balacaların nümayiş etdirdiyi “Xarı bülbül, “Biz Mübariz olacağıq!”, “Cücələrim”, “Əsgər anası”, “Karandaşlar” və digər səhnəciklər, müxtəlif mahnı və rəqs nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılandı və alqışlara səbəb oldu. Tədbir bütün iştirakçıların ifasında möhtəşəm “Yallı” rəqsi ilə başa çatdı.
  1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar tədbirlər Pirallahı rayonunun digər orta məktəblərində, uşaq bağçalarında, V.Mustafazadə adına Mədəniyyət Mərkəzində, 29 saylı Uşaq Yaradıcılıq Mərkəzində və 35 saylı Uşaq kardiorevmotoloji sanatoriyasında da keçirildi.

Keçidlər