Pirallahıda 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirildi
26 may 2016 | 11:00
Mayın 26-da 168 N-li tam orta məktəbin akt zalında 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 98 illiyi ilə əlaqədar təntənəli yığıncaq keçirildi. Dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar geniş nitq söylədi. Bildirildi ki, Azərbaycan tarixinin şanlı səhifələrindən biri, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmaqla yanaşı, xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisidir. Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.”
Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan V.Səfixanov qeyd etdi ki, aprel ayında dördgünlük müharibədə təcavüzkara ağır zərbə vuran Azərbaycan mənfur qonşularımızı yenidən sülh danışıqları masası arxasına oturmağa məcbur etmişdir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, özü də tezliklə həll olunacaqdır. Hərb və ya sülh yolu ilə - bu artıq təcavüzkar Ermənistanın seçimidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 98 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Biz bu gün də Cümhuriyyətin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Biz bu gün fəxrlə və qürur hissi ilə deyə bilirik - Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.
N saylı hərbi hissənin zabiti Yusif Ələsgərov və digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsini, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımların xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etdiyini, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən yüksək dəyəri, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən Azərbaycan dövlətinin hazırda beynəlxalq arenada nəinki öz maraqlarını, eləcə də strateji müttəfiqlərinin də maraqlarını müdafiə etmək gücündə və iqtidarında olduğunu xüsusi vurğuladılar. Bayram tədbirinə 28 May – Respublika Gününə həsr olunmuş konsert proqramı ilə yekun vuruldu.