Pirallahının siması günbəgün yenilənir
27 may 2016 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhəri və onun ətraf qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün verdiyi tapşırıqlar, imzaladığı sərəncamlar, bu tədbirlərin icrasına ayırdığı diqqət, hər yerdə olduğu kimi, Pirallahı rayonunda da öz müsbət nəticələrini verməkdədir. Aparılan tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alaraq, rayonun simasını xeyli dəyişdirib.
Rayonda su və kanalizasiya xətlərinin yenilənməsi işi yekunlaşdıqdan sonra qəsəbədaxili küçələrə asfalt örtüklərin salınması işləri davam etdirilir və hal-hazırda 40-cı və 39-cu məhəllələrdə aparılır. “Azəravtoyol” ASC-nin 78 saylı Yol İstismarı Müəssisəsi tərəfindən aparılan işlərin nəticəsində 39-cu məhəllədə 950 kvadrat m, 40-cı məhəllədə 970 kvadrat m, Əzizbəyov küçəsində 800 kvadrat m, Səməd Vurğun küçəsində 734 kvadrat m asfalt-beton örtüyü təmir olunmuşdur.

Pirallahı, Çilov, Neft Daşları və Gürgən qəsəbələrində son aylar ərzində 7500-dən çox müxtəlif ağac tingləri əkilmişdir və bu qəbildən olan yaşıllaşdırma işləri davam etdirilməkdədir.
Pirallahı qəsəbəsində mərkəzi küçə boyunca yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. Səməd Vurğun küçəsinin sonunda yolun genişləndirilməsi ilə əlaqədar cari təmir işləri aparılır. S.Vurğun küçəsinin 29-cu məhəllə ilə kəsişən hissəsində mişar daşı ilə ümumi uzunluğu 150 m-dək olan yeni dekorativ hasar inşa edilmişdir. Səməd Vurğun küçəsinin Gənclər parkı ilə üzbəüz hissəsində mişar daşı ilə ümumi uzunluğu 140 m uzunluğundakı hasarın inşası davam etdirilir.
Mərkəzi küçə boyu səkilərə daş örtüklərinin vurulması, yaşayış binalarının fasadları müasir və klassik memarlıq üslubunda üzlənməsi, yolboyu yöndəmsiz obyektlərin səliqəyə salınması prosesi davam etdirilir. Qeyd edək ki, fasad hissələri təmir olunan 24 yaşayış binasından 23-də işlər tamamlanıb. 28-ci məhəllədə yerləşən 2 nömrəli binada təmir işləri davam etdirilir.
Gənclər mərkəzinin tikintisi üçün ayrılmış ərazidə hasara alınma işləri tamamlanıb, suvaq işi aparılır və üzlük daşla dekor kolonlar quraşdırılır.
Yeni yaradılmış Pirallahı rayon Prokurorluğunun inzibati binasının layihələndirilməsi üçün 0,30 ha torpaq sahəsinin ayrılması istiqamətində sənədləşdirmə işləri aparılır. Həmçinin prokurorluğun fəaliyyəti üçün müvəqqəti ayrılmış bina təmirdən sonra istifadəyə verilmişdir
Hal-hazırda Pirallahı qəsəbəsinin Əzizbəyov, Xanlar küçələrində və 39-cu məhəllədə yaşayış binalarının həyətlərindəki özbaşına antisanitariya vəziyyətində olan hasarlar və estetik görkəminə xələl gətirən və tikinti norma qaydalarına zidd olaraq tikilmiş kölgəciklər sökülür, ərazidə təmizlik işləri aparılır, mövcud ağaclar budanır, səliqə-sahman yaradılır.